Müğənni və aktrisa Cennifer Lopez sosial şəbəkədə vannada çəkilən yeni fotosunu yayımlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, fotoda məşhur sənətçi köpüklü vannada noutbukla işləyərkən görüntülənib.
Lopez paylaşımına "Bu gün üçün ofis" şərhini yazıb.
Qeyd edək ki, Cennifer Lopez sağlam həyat tərzinə xüsusi diqqət yetirir. Sənətçi həftədə üç-dörd gün idmanla məşğul olduğunu, gündə səkkiz saat yatdığını, spirtli içki qəbul etmədiyini və siqaret çəkmədiyini bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)