Türkiyə Superliqasında 2026/2027 mövsümünün ilk baş məşqçi istefası gerçəkləşib.
Milli.Az report-a istinadən xəbər verir ki, "Qaziantep" Mirel Redoy ilə yollarını ayırdığını açıqlayıb.
45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, "Qaziantep" 3 oyundan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)