İrem Dericinin nişanlısı tutuldu

31 Avqust 2026 18:21

Müğənni İrem Dericinin DJ nişanlısı Melih Kunukçu Gaziantep Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı qanunsuz mərc araşdırması çərçivəsində saxlanıldıqdan sonra həbs edilib.

Milli.Az xəbər verir ki, Kunukçunun araşdırma çərçivəsində həbs edilən 311 nəfər arasında olduğu öyrənilib. Kunukçunun vəkili Abide Gülel Saral müvəkkilinin yalnız "mərc oynamaq" ittihamı ilə üzləşdiyini bildirib. (olay)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)