“Borussiya Dortmund”dan “Sabah”la bağlı paylaşım – (Foto)

31 Avqust 2026 16:51

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah"ın rəqiblərindən olan Almaniyanın "Borussiya Dortmund" klubu Azərbaycan təmsilçisi ilə bağlı maraqlı paylaşım edib.

Milli.Az xəbər verir ki, Almaniya klubunun rəsmi sosial media hesabında komandanın qarşıdakı səfərlərinə diqqət çəkilib. Paylaşımda Norveç və Bakı istiqamətlərinə, eləcə də matçların keçiriləcəyi şəhərlərə olan məsafələrə yer verilib.

Görüntüdə "Sabah"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu da əks olunub.

"Borussiya Dortmund" paylaşımına isə "Biz sözün əsl mənasında qitənin ən ucqar yerlərini ziyarət edəcəyik!" şərhini əlavə edib.

Almaniya klubunun bu paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb. "Sabah"la "Borussiya Dortmund" arasında Bakıda keçiriləcək qarşılaşma da azarkeşlərin diqqət mərkəzində olacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)