Heyvanların təlimi zamanı baş verən təhlükəli hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə təlim prosesində iştirak edən ayılardan birinin qəfil xidmətçiyə hücum etdiyi görünür. Heyvan xidmətçini yerə yıxdıqdan sonra ətrafdakı insanlar dərhal onun köməyinə qaçıblar.
Ayını xidmətçidən ayırmaq asan olmayıb. Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində heyvan nəhayət xidmətçidən uzaqlaşdırılıb.
Hadisə zamanı xidmətçinin yüngül xəsarətlər aldığı və vəziyyətinin ciddi olmadığı bildirilib.
Görüntülərin sosial şəbəkələrdə yayılması isə heyvanların təlimi zamanı təhlükəsizlik tədbirlərinin nə dərəcədə vacib olması ilə bağlı müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)