Putin və Si Cinpin görüşdü

31 Avqust 2026 16:28

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Qırğızıstanın paytaxtı Bişkekdə görüş baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tərəflərin görüş zamanı hansı məsələləri müzakirə etdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Putin və Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək məqsədilə Qırğızıstanda səfərdədir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)