“Qəbələ” baş məşqçisi ilə yollarını ayırdı

31 Avqust 2026 15:10

"Qəbələ" baş məşqçisi Kaxaber Sxadadze ilə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, Sxadadze 2024-cü ilin fevral ayından "Qəbələ"ni çalışdırırdı. Komanda hazırda Misli Premyer Liqasında 3 turdan sonra cəmi 1 xalla 10-cu pillədə qərarlaşıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)