Bakıda 58 yaşlı kişi aptekdə öldü

31 Avqust 2026 14:50

Bakıda aptekdə ölüm hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 46/50-də yerləşən aptekdə qeydə alınıb.

Zəngilan rayon sakini, 1968-ci il təvəllüdlü Mehman Emran oğlu Mahmudov infarktdan ölüb.

Araşdırmalar aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)