Zaqatalada “Niva” ilə teplovoz toqquşdu – Yaralı var

31 Avqust 2026 12:57

Zaqatalada dəmir yolunda qəza olub.

Milli.Az apa-ya istindaən xəbər verir ki, hadisə Yevlax-Balakən dəmiryolu xəttinin Zaqatalanın Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Dəmir yolu keçidindən keçən "Niva" markalı avtomobili teplovozla toqquşub. Nəticədə "Niva"da olan bir nəfər xəsarət alaraq Zaqatala xəstəxanasına yerləşdirilib.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)