Bakıda oteldə 60 yaşlı kişi öldü

31 Avqust 2026 12:26

Bakıda oteldə ölüm hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu, M.Gəncəvi küçəsi 25-də yerləşən oteldə qeydə alınıb.

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Ayaz Gülməmməd oğlu İsgəndərov infarktdan ölüb.

Araşdırmalar aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)