"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla yollarını ayırıb.
Ağdam klubu futbolçu ilə müqaviləyə xitam verildiyini açıqlayıb.
2025-ci ilin yayında "Qarabağ"ın heyətinə qoşulan müdafiəçi Ağdam təmsilçisinin formasında 43 matça çıxıb. O, bu görüşlərdə 1 qola imza atıb.
Klub braziliyalı futbolçuya göstərdiyi peşəkarlığa və komandanın əldə etdiyi nəticələrə verdiyi töhfəyə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)