Aktyor Kamran Ağabalayev sosial media paylaşımı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi məşqdən öncə çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb. Yarıçılpaq görüntüsündə əzələlərini nümayiş etdirən aktyor idmana önəm verdiyini vurğulayıb.
Kamran Ağabalayev paylaşımına "16 saat uçuşdan sonra idman müqəddəsdir" sözlərini əlavə edib.
Onun bu paylaşımı sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)