Tarkan görünüşünü dəyişdirdi - (Foto)

31 Avqust 2026 11:50

Türkiyəli məşhur müğənni Tarkan görünüşündə etdiyi dəyişikliklə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi Marmarisdə keçirəcəyi konsert öncəsi saçlarını kəsdirərək imicinə yenilik edib. O, yeni görünüşünün fotosunu sosial media hesabında paylaşaraq izləyicilərinin diqqətinə çatdırıb.

Tarkanın dəyişən saç stili sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onun yeni imici ilə bağlı paylaşımına çoxsaylı şərhlər yazılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)