“Xark adası darmadağın edilir!” - Trampdan qeyri-adi paylaşım - (Video)

31 Avqust 2026 11:30

ABŞ Prezidenti Donald Tramp İranın Xark adasına zərbələr endirildiyini göstərən süni intellektlə hazırlanmış videolar paylaşıb.

Milli.Az xəbər verir ki, o, görüntüləri "Truth Social" hesabında paylaşaraq "Xark adası darmadağın edilir!!!" yazıb.

Qeyd edək ki, Xark adası İranın əsas neft ixracı terminalının yerləşdiyi ərazidir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)