Xaçmazda yük qatarının vurduğu şəxs ölüb

31 Avqust 2026 10:50

Bu gün səhər saatlarında Xaçmaz stansiyasında ölümə səbəb olan hadisə baş verib.

Milli.Az xəbər verir ki, saat 05:05 radələrində hərəkətdə olan yük qatarının qarşısına qəfil insan çıxıb.

Maşinist hadisənin qarşısını almaq üçün təcili tormozlama etsə də, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Nəticədə həmin şəxs həyatını itirib.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) vətəndaşları dəmir yolu xətlərini yalnız bunun üçün nəzərdə tutulmuş yerlərdən və piyada keçidlərindən keçməyə çağırıb.

Qurum diqqətsizlik və təhlükəsizlik qaydalarına əməl edilməməsinin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Bildirilib ki, dəmir yolu keçid qaydalarının pozulması inzibati məsuliyyət yaradır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)