İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib.
Milli.Az xəbər verir ki, İran Prezidenti Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.
Səfərin iki gün davam edəcəyi bildirilir.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi də Prezident Məsud Pezeşkianla birlikdə sammitdə iştirak etmək üçün Bişkekə yola düşüb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)