Xankəndidə "Niva" yanıb külə döndü - (Video)

31 Avqust 2026 09:52

Xankəndidə minik maşını yanaraq külə dönüb.

Milli.Az xəbər verir ki, 1984-cü il təvəllüdlü Əliyev Yasinə məxsus "NİVA" markalı 17 BF 259 nömrəli avtomobil Şuşa Xankəndi yolunda hərəkətdə olarkən anidən alovlanıb.

Alov qısa müddətdə avtomobili bürüdüyündən minik maşını yararsız hala düşüb. Hadisə yerinə çağrılan FHN-nin Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları avtomobili söndürüb.

Faktla bağlı araşdırma başlanıb

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)