Premyer Liqada turun son matçları: “Qarabağ” və “Sabah” meydana çıxır

31 Avqust 2026 10:35

Misli Premyer Liqasında III turun son oyunları bu gün baş tutacaq.

Milli.Az xəbər verir ki, turun bağlanış günündə azarkeşlər iki qarşılaşmaya şahidlik edəcəklər.

Günün ilk oyununda "Araz-Naxçıvan" doğma meydan üstünlüyü olmadan "Sabah"la qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 18:00-da səslənəcək.

III turun son matçında isə "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 20:15-də başlayacaq.

31 avqust

Misli Premyer Liqası - III tur

18:00 - "Araz-Naxçıvan" - "Sabah"

20:15 - "Sumqayıt" - "Qarabağ"

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)