ABŞ İranın Larak adasına PUA hücumu nəticəsində azı iki nəfər ölüb, iki nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, adaya təxminən bir saat əvvəl pilotsuz təyyarə hücumu baş verib.
Rəsmi orqanlar hələlik vəziyyətlə bağlı heç bir açıqlama verməyib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Larak adasına hücumundan sonra qisas alacağına söz verib.
"Larak adasına hücum nəticəsində bir sıra döyüşçülərimiz və həmvətənlərimiz öldürülüb və yaralanıb. İranın oğulları bu hərəkətə cavab verəcək və təcavüzkar cəzalandırılacaq", - SEPAH-ın bəyanatında deyilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)