Uşağından öncə itini xilas etdi - (Video)

31 Avqust 2026 13:39

Çində körpəsi və iti ilə gəzintiyə çıxan qadının yaşadığı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, gəzinti zamanı qadın başqa bir itin hücumuna məruz qalıb. Panikaya düşən qadının körpəsinin olduğu uşaq arabası aşıb.

Hadisə anında qadın əvvəlcə öz itini qucağına alıb. Daha sonra isə yerdə qalan körpəsinə tərəf yönəlib.

Həmin anlar ətrafdakılar tərəfindən kameraya çəkilib və sosial şəbəkələrdə yayıldıqdan sonra izləyicilərin reaksiyasına səbəb olub. Bir çox istifadəçi belə vəziyyətdə ananın ilk növbədə körpəsinin təhlükəsizliyini təmin etməli olduğunu bildirib.

Görüntülər ətrafında müxtəlif fikirlər səsləndirilib və ananın hadisə zamanı verdiyi qərar müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)