656 bal topladı, paytaxt əvəzinə bölgə universitetini seçdi

30 Avqust 2026 23:30

Lənkəran rayonunun İstisu qəsəbəsində Rəsul Qurbanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Xl sinif şagirdi Ofeliya İkram qızı Məhərrəmova qəbul imtahanında yüksək nəticə göstərənlərdən olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, imtahanda 656 bal toplasa da, seçimi Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)