Bakıda mənzillərin bahalaşması fonunda alıcıların diqqəti daha çox azkvadratlı evlərə yönəlib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bu tip mənzillər xüsusilə investisiya məqsədilə alınır. Yəni, belə evləri alıb öz istifadəsi üçün edənlər çox azdır.
Ekspert bildirir ki, azkvadratlı mənzillərə tələbatın artmasının səbəblərindən biri də istismar müddətini başa vuran binaların sürətlə sökülməsidir. Yəni, bəzi sakinlər yaşadıqları mərkəzi ərazilərdən uzaqlaşmaq istəmirlər.
Ramil Osmanlı deyib ki, qiymət artımı davam edərsə, kiçiksahəli mənzillərə maraq daha da yüksələcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)