Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

30 Avqust 2026 19:52

Şimali Kiprdə batan gəmidə 4 Azərbaycan vətəndaşı olub.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib.

İki sərnişin və ekipaj üzvlərindən ikisi azərbaycanlı olub. Onlar xilas edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)