Şimali Kipr sahillərində yan tərəfə yatan, daha sonra tərsinə çevrilən gəmi artıq tam batıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Şimali Kipr Türk Cümheriyyətinin nəqliyyat naziri Erhan Arıklı məlumat verib.
Nazir deyib ki, xilas edilən 237 nəfərdən 161-i xəstəxanaya yerləşdirilib, 76 sərnişin ailələri ilə görüşüb.
Erhan Arıklı qeyd edib ki, gəminin batma səbəbi "qara qutu" tapıldıqdan sonra öyrəniləcək.
-----------
Kipr sahillərində baş verən gəmi qəzasında altı nəfər həlak olub.
Bu barədə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel məlumat verib.
Onun sözlərinə görə, 172 nəfər təxliyə edilib.
***
Ünal Üstel bildirib ki, indiyə qədər 237 nəfər xilas edilib, 7 nəfər həlak olub.
23 nəfərin axtarışı davam edir.
***
Şimali Kipr Türk Respublikası sahillərində 279 sərnişinin olduğu gəmi batmağa başlayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Şimali Kipr mətbuatı məlumat yayıb.
"Girnə sahillərindən təxminən 2-2,5 kilometr aralıda üzən gəminin kapitanı arxa hissədən suyun dolduğunu görüb geri qayıtmağa çalışsa da, bu cəhd uğursuz olub", - məlumatda qeyd olunub.
Hazırda xilasetmə əməliyyatları aparılır.
Gəminin batma səbəbi bilinmir.
Şimali Kipr Türk Respublikası sahillərində 279 sərnişinin olduğu gəmi batmağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Şimali Kipr mətbuatı məlumat yayıb.
"Girnə sahillərindən təxminən 2-2,5 kilometr aralıda üzən gəminin kapitanı arxa hissədən suyun dolduğunu görüb geri qayıtmağa çalışsa da, bu cəhd uğursuz olub", - məlumatda qeyd olunub.
Hazırda xilasetmə əməliyyatları aparılır.
Gəminin batma səbəbi bilinmir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)