“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi - (Foto)

30 Avqust 2026 18:47

"Yeraltı" serialında "Melek" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçi atası Ünal Çiftçinin şikayti əsasında ifadə verib.

Milli.Az xəbər verir ki, atası aktrisadan "yetkinlik yaşına çatmadığı halda razılığı olmadan layihələrdə çalışdırıldığı və 27 yaşlı aktyor Hakan Çelebi ilə münasibətdə olduğu" iddiası ilə şikayətçi olub.

Ülkü Hilal Çiftçi ifadəsində valideynlərinin boşanma mərhələsində olduğunu və atasının bu səbəbdən şikayət etdiyini bildirib:

"Anamla atam boşanma mərhələsində olduğundan atam bu şikayəti edib. Hirsi məndən çıxdı. Anamla atamın işləməyimə dair razılığı var".

Aktrisa Hakan Çelebi ilə bağlı iddialara da aydınlıq gətirib:

"Atamın iddia etdiyi kimi, Hakan Çələbi ilə emosional münasibətim yoxdur. O, mənim yaxın dostumdur".

Məlumata görə, prokurorluq Ünal Çiftçinin şikayətini rədd edib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)