Sofyan Amrabat "Fənərbağça"dan getdi

30 Avqust 2026 19:12

Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat Niderlandın "Ayaks" klubuna transfer olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Təcrübəli oyunçu ilə 2028-ci ilin ortalarınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Yarımmüdafiəçinin son klubu Türkiyənin "Fənərbağça" komandası olub. O, karyerası ərzində İtaliyanın "Fiorentina", "Verona", Belçikanın "Brügge", Niderlandın "Feyenoord", "Utrext", İspaniyanın "Betis" və İngiltərənin "Mançester Yunayted" klublarında da çıxış edib.

Qeyd edək ki, S.Amrabat Mərakeş millisinin heyətində 63 matçda meydana çıxıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)