“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər - (Foto)

30 Avqust 2026 15:28

"Kurtlar vadisi"ndə "Derya" obrazını canlandıran Seray Sever illər sonra serialın çəkiliş meydançasında yaşadıqlarından danışıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Sever həmin dövrdə Necati Şaşmazın aktyorluq sahəsində təcrübəsiz olduğunu iddia edib.

"Necati Şaşmaz "Kurtlar vadisi" dövründə aktyor deyildi. Bir silah çəkmə səhnəsinin 8 saat davam etdiyini bilirəm. Setdə çox əziyyət çəkirdik", - deyə Seray Sever bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)