Gədəbəydə “Mercedes” körpüdən dərəyə aşdı: Yaralılar var

30 Avqust 2026 14:20

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində körpüdən dərəyə aşıb.

Nəticədə 5 nəfər  xəsarət alıb. 

Yaralılar Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və  Məhəmməd Məmmədov öncə Gədəbəy rayon xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)