Aqşin Əliyev yeni vəzifəyə təyin olundu

30 Avqust 2026 13:55

"Kəpəz" futbol klubunun Media və Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.

Milli.Az xəbər verir ki, bu vəzifəyə tanınmış idman jurnalisti Aqşin Əliyev gətirilib. O bu vəzifədə Gəray Qiyasovu əvəzləyib.

Jurnalist fəaliyyətinə "525-ci qəzet"də başlayan Aqşin Əliyev daha sonra "Neftçi" və MOİK klublarında da fəaliyyət göstərib./Qol.az

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)