Aktrisa Oksana Rəsulova psixoloq Ceyran Muradova ilə bağlı polisə müraciət edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi sosial şəbəkələrdə Ceyran Muradovanın uşağa qarşı zorakılıq göstərdiyi iddia olunan görüntüləri paylaşaraq məsələnin araşdırılmasını istəyib.
"Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə əldə edəsiniz" deyə, Oksana yazıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)