Namibiyada Himba qəbiləsini ziyarət edən Ayşə adlı türkiyəli səyyah burada qarşılaşdığı qeyri-adi evlilik təklifindən danışıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, səyyahın sözlərinə görə, qəbilə başçısı 5 inək qarşılığında onun 4-cü arvadı olmasını təklif edib.
Təklifə zarafatla cavab verən Ayşə isə "5 inəyi az hesab etdim... Bir də 4-cü arvad olacaqsan" deyərək yaşadığı dialoqu danışıb.
Beləliklə, Ayşə ona edilən təklifin həm "5 inək" hissəsinə, həm də "4-cü arvad" olmaq məsələsinə zarafatla münasibət bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)