Yeni balıq növü tapıldı: Kor, rəngsiz və qabırğasız

30 Avqust 2026 15:29

Hindistanda quyudan çıxarılan kiçik, rəngsiz və kor balığın elm üçün tamamilə yeni növə aid olduğu müəyyənləşdirilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Earth.com məlumat yayıb.

Təxminən 4 santimetr uzunluğunda olan balığın ən qeyri-adi xüsusiyyəti onun bütün həyatını yeraltında keçirməsidir. Alimlər bildirirlər ki, bu, tamamilə yeraltı mühitdə yaşayan ilk məlum balıq cinsi kimi qiymətləndirilir.

Qaranlıqda yaşayan canlılarda gözlərin və rəng piqmentlərinin zamanla itməsi müşahidə oluna bilər. Yeni balığın da belə mühitə uyğunlaşdığı düşünülür.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)