Türkiyə Super Liqasının IV turunda keçiriləcək "Başakşehir" - "Qalatasaray" və "Fənərbağça" - "Beşiktaş" qarşılaşmalarının tarixləri müəyyənləşib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Belə ki, oyunların keçirilmə tarixləri UEFA Çempionlar Liqasının təqvimi nəzərə alınaraq müəyyənləşdirilib.
Belə ki, Çempionlar Liqasının liqa mərhələsində "Qalatasaray"ın sentyabrın 9-da, "Fənərbağça"nın isə sentyabrın 10-da meydana çıxacağı nəzərə alınaraq, Super Liqanın IV turunun bu qarşılaşmaları aşağıdakı tarixlərdə keçiriləcək:
4 sentyabr, cümə
21:00. "Başakşəhər" - "Qalatasaray".
5 sentyabr, şənbə
21:00. "Fənərbağça" - "Beşiktaş".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)