Tibetdə torpaq sürüşməsi: 261 əcnəbi itkin düşdü

30 Avqust 2026 09:00

Tibet Muxtar Rayonunda güclü torpaq sürüşməsi nəticəsində 23 ölkədən 261 əcnəbinin itkin düşdüyü bildirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Tibet Muxtar Rayonunun rəhbəri Qama Tsede bildirib.

Onun sözlərinə görə, itkinlər arasında 3 Rusiya, 104 Nepal, 49 Hindistan, 18 ABŞ və 33 Latviya vətəndaşı da var.

Çin tərəfinin hadisə ilə bağlı müvafiq ölkələrin səfirlik və konsulluqlarını məlumatlandırdığı bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)