Sabirabad rayonunda iki yaşlı uşaq hovuzda boğularaq ölüb.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.
Kənd sakini, 2024-cü il təvəllüdlü E. Q. valideyn nəzarətindən yayınaraq həyətdəki hovuza düşüb. Nəticədə o boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)