Cem Yılmaz reanimasiyaya yerləşdirildi - Yenilənib

30 Avqust 2026 00:05

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu aktyor və komediyaçı Cem Yılmazın səhhəti ilə bağlı məlumat paylaşıb.

Milli.Az-ın məlumatına görə, nazir bildirib ki, Yılmazın səhhətində yaranan problemlə əlaqədar zəruri tibbi müdaxilələr uğurla həyata keçirilib.

Onun ümumi vəziyyətinin yaxşı olduğu, müalicə və müşahidəsinin ürək-damar reanimasiyası şöbəsində davam etdiyi qeyd olunub.

----------
Türkiyəli komediyaçı Cem Yılmazın Çanaqqalanın Ayvacık rayonunda yaşadığı evdə səhhəti pisləşib.

Milli.Az xəbər verir ki, aktyorun Paşaköy kəndindəki evində sinə ağrısından şikayətləndiyi və  Təcili Yardım Mərkəzinə zəng etdiyi bildirilib.

Hadisə yerinə gələn tibbi briqada komediyaçını təcili yardımla Ayvacıq Dövlət Xəstəxanasına aparıb.

Daha sonra Yılmaz Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasının Koronar Reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, o, burada angioqrafiyadan (anju) keçib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)