""Qızıl top" 3-4 oyunçuya verilməlidir, onlar da "Real"dadır" - Mourinyo

30 Avqust 2026 00:13

"Real"ın baş məşqçisi Joze Mourinyo Madrid klubunun bir neçə futbolçusunun "Qızıl top"u qazanmağa layiq olduğunu bildirib.

Milli.Az xəbər verir ki, baş məşqçi bu mükafatın dünyanın ən yaxşı futbolçusuna verilməli olduğunu deyib:

"Bu mükafat dünyanın ən yaxşı futbolçusuna verilməlidir. Onun mütləq ispaniyalı və ya PSJ-nin oyunçusu olması vacib deyil. "Qızıl top" dünyanın ən yaxşı üç-dörd futbolçusundan birinə verilməlidir və həmin futbolçular buradadır. Amma "Qızıl top" məsələsinə siyasət də qarışır, mən isə siyasətə qarışmağı sevmirəm".

"Qızıl top"un hazırkı sahibi PSJ-nin hücumçusu Usman Dembeledir.

2026-cı il "Qızıl top" mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)