Bir neçə il əvvəl 380 kiloqrama qədər çatan və həddindən artıq piylənmə səbəbindən gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkən Amerika vətəndaşı Keysi Kinq keçirdiyi kəskin transformasiya ilə həyata yenidən bağlanıb. 34 yaşında ikən qatıldığı televiziya proqramında həyat şəraitini anladan Kinq həmin dövrdə hərəkət qabiliyyətinin məhdudlaşması və geyim tapa bilməməsi səbəbindən çətin günlər keçirdiyini dilə gətirmişdi.
Milli.Az xəbər verir ki, keçirdiyi bariatrik cərrahiyyə əməliyyatından sonra qidalanma rejimini dəyişən və intensiv məşq proqramı tətbiq edən Kinq ümumilikdə 270 kiloqram arıqlayaraq 111 kiloqrama enib. Yaşadığı böyük miqdar çəki itkisindən sonra yaranan dəri sallanmalarına görə yaxın zamanda yenidən əməliyyat keçirən Kinqin qarın, qol və bel nahiyəsindən təxminən 9 kiloqram artıq dəri götürülüb.
Keçirdiyi əməliyyatlardan sonra sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirən 41 yaşındakı Kinq sosial media hesabı üzərindən etdiyi açıqlamada hədəflərinə çatmağa az qaldığını və mövcud sağlamlıq durumundan məmnunluq duyduğunu ifadə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)