Antalyada meşə yanır

29 Avqust 2026 15:13

Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda meşəlik ərazidə başlayan yanğın güclü küləyin təsirindən Antalyaya keçib.

Milli.Az Türkiyə mətbuatına  istinadən xəbər verir ki,  yanğının söndürülməsinə 4 təyyarə, 15 helikopter, 72 yanğınsöndürən maşın, 6 texnika və 450 əməkdaş cəlb olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)