Paytaxtın Yasamal rayonunda binadan yıxılan gənc oğlan ölüb.
Milli.Az unikal-a istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Salyan rayon sakini Şirməmməd Atayev çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.
Mərhumun tələbə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)