Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək

29 Avqust 2026 10:07

Misli Premyer Liqasında III tura bu gün start veriləcək.

Milli.Az xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "Qəbələ" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Əvvəlki iki görüşdə uduzan meydan sahibləri 11-ci pillədə qərarlaşıb. Qonaqlar 1 xalla 7-ci yerdədir.

Günün ikinci oyununda "İmişli" "Şəfa"nın qonağı olacaq. Bu matç saat 20:15-də başlayacaq. Bölgə təmsilçisi 1 xalla 8-ci, paytaxt klubu 3 xalla 6-cı sıradadır.

Misli Premyer Liqası

I dövrə, III tur

29 avqust

18:00. "Qəbələ" - "Şamaxı"

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.

VAR: Elvin Bayramov.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ şəhər stadionu

20:15. "Şəfa" - "İmişli"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

"SOCAR Polymer Arena"

Xatırladaq ki, III turun digər qarşılaşmaları 30 və 31 avqustda keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)