Xəbər verdiyimiz kimi, "Manifest" qrupunun qurucusu və meneceri Tolqa Akış İstanbul Respublika Prokurorluğu tərəfindən saxlanılıb.
Milli.Az-ın məlumatına görə, menecer barəsində əxlaqsızlıq, narkotik maddədən istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı araşdırma aparılır.
Akışın evində keçirilən axtarış zamanı qızıl, türk lirəsi və xarici valyuta, həmçinin 10 milyon lirə dəyərində veksel (borc öhdəliyini təsdiqləyən sənəd) aşkarlanıb. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)