Elşad Xosedən uzun müddət sonra paylaşım - (Foto)

28 Avqust 2026 22:40

Reper Elşad Xose uzun aradan sonra səssizliyini pozub.

Milli.Az-ın məlumatına görə, ifaçı İnstaqram səhifəsində paylaşım edib. Üzünü göstərməyən ifaçı əlinin fotosunu paylaşmaqla kifayətlənib.

Qeyd edək ki, bir müddət əvvəl "skndl" səhifəsi Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayıb. Məsələ ilə bağlı reperin ailəsi heç bir açıqlama verməyib. 

Reper bir müddət əvvəl instaqram hesabındakı bütün paylaşımları silmişdi. (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)