“Emmi” mükafatlı aktyor vəfat etdi

28 Avqust 2026 22:13

"Transformerlər" franşizasında "Optimus Prime" obrazını səsləndirən kanadalı aktyor Piter Cullen 85 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Aktyor avqustun 27-də ABŞ-ın Los-Anceles şəhərindəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Piter Cullen bir neçə onillik ərzində "Optimus Prime" obrazını səsləndirib. Onun səsi Maykl Beyin "Transformerlər", "Bumblebee" və "Transformers: Rise of the Beasts" filmlərində də eşidilib.

2023-cü ildə aktyor uşaq və ailə televiziyası sənayesinə verdiyi töhfələrə görə "Emmi" mükafatına layiq görülüb. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)