Bergüzar 44 yaşında - (Video)

28 Avqust 2026 19:59

Türkiyənin məşhur aktrisası Bergüzar Korelin 44 yaşı tamam olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa ailəsi və sevdikləri ilə birlikdə qeyd etdiyi doğum günü məclisindən foto və videoları sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Bergüzar Korel 2009-cu ildə tanınmış aktyor, 2006-cı ildə çəkilən "Binbir gece" serialında tanış olduğu Halit Ergençle evlənib. Cütlüyün 3 uşağı var.

Bergüzar Korel "A.B.İ" serialının yeni mövsümündə Kenan İmirzalıoğlunun tərəf müqabili olacaq. Onlar 14 il əvvəl "Karadayı" serialında da baş qəhrəmanları canlandırıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)