Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinatlar olub.
Milli.Az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məmmədov Fuad Hüseynağa oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib.
F.Məmmədov bundan əvvəl adı dəyişdirilən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevin müşaviri idi.
Fuad Məmmədov
Nazirin digər əmri ilə Paşayev Hüseyn Ələsgər oğlu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib.
Hüseyn Paşayev
Qeyd edək ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)