"Trabzonspor"un UEFA Konfrans Liqasının Liqa mərhələsindəki rəqibləri müəyyənləşib.
Milli.Az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi Monako şəhərində keçirilib.
Püşkün nəticələrinə əsasən, "Trabzonspor" "Frayburq" (Almaniya), "Srvena Zvezda" (Serbiya), "KuPS" (Finlandiya), "Harts" (Şotlandiya), SSKA (Bolqarıstan) və "Yablonets"ə (Çexiya) rəqib olub.
Qeyd edək ki, Konfrans Liqasının Liqa mərhələsi oktyabrın 15-də başlayacaq. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)