Hökmdar və Şeyx - Yunus Oğuz yazır

28 Avqust 2026 17:04

Bir  gün  hülakilərdən  Əmir  Çoban  qərara  alır ki, bəs  gedim  Ərdəbilə Şeyx  Səfinin  oğlu  Şeyx  Sədrəddinə  baş  çəkim. Ərdəbilə  çatana  qədər  görür  ki, hər  yer  şeyxin  müridləri  ilə  doludur. Uzun  sözün  qısası, üç gün onlar  elmdən, irfan  şeirlərdən  söhbət  edirlər. Ayrılanda Əmir Çoban  soruşur:

-Ya  Şeyx, sənin müridlərin çoxdur,ya  mənim  əsgərlərim? 

Şeyx  tərəddüd  etmədən  cavab  verir:

-Sənin  əsgərlərin  də  mənim  müridlərimdir.

Əmir  Çoban  bu  cavabdan  əhvalını  pozmur. Bilir ki, şeyx  siyasətə  qarışmır. Odur  ki:

-Düz  deyirsən, elə  mən  də  sənin  müridinəm- deyib  Təbrizə  qayıdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)