Bakının Mirmahmud Kazımovski küçəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Milli.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət küçənin Mir Cəlal küçəsi ilə Cavad xan küçəsi arasındakı hissəsini əhatə edəcək.
Nəqliyyatın hərəkəti avqustun 28-i saat 22:00-dan etibarən təmir işləri başa çatana qədər məhdudlaşdırılacaq.
Sürücülərə bu müddət ərzində alternativ yollardan istifadə etmək tövsiyə olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)