Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında kondisioner davası – (Video)

28 Avqust 2026 16:07

Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında kondisionerlə bağlı mübahisə yaşanıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı tərəflər arasında yaranan fikir ayrılığı sürücünün diqqətini çəkib. O, avtomobildə baş verən mübahisəli anları mobil telefonla qeydə alaraq sosial şəbəkədə yayımlayıb.

Görüntülər qısa müddətdə sosial mediada yayılaraq izləyicilər arasında müzakirələrə səbəb olub. Videoda sürücü ilə qadın sərnişinin kondisionerdən istifadə ilə bağlı fikir ayrılığı yaşadığı görünür.

Sözügedən görüntülərə sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif reaksiyalar verilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)